Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13317
az

66 yaşlı kişini döyərək öldürdülər - FOTO

21:5616 May, 2019
790
KRİMİNAL
  • A
 Masallıda 66 yaşlı kişi döyülərək öldürülüb.

Oxu24.com-uın bölgə müxbirinin xəbərinə görə, Təzəkənd kənd sakini, 66 yaşlı Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov mübahisə nəticəsində aldığı zərbədən vəfat edib.

Mübahisəyə səbəb Bəfadar, Pərvin, Elnur, Telman və İlham adlı şəxslərin mərhumun evinin qarşısındakı su kollektorunun üzərində yerləşən piyada körpüsünü dağıtmaq istəmələri olub. Həmin şəxslər mal-qaranın körpüdən keçərək, onların ərazilərinə girməsinin qarşısını almaq üçün  belə bir addıma əl atıblar.

Onlara mane olmağa çalışan B.Rəhmanov döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Özünü pis hiss edən kişini xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib. Faktla bağlı şübhəli bilinən 3 qardaşın saxlanıldığı bildirilib





  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu