Mayın 29-da Ankarada plazaların birinin 20-ci mərtəbəsindən düşərək dünyasını dəyişən tələbə Şölə Çətinin ölüm işi üzrə məhkəmədə qalmaqallı məqamlar üzə çıxıb.Oxu24.com musavat.com-a istinadən xəbər verir ki, 23 yaşlı gənc qızın intihar etmədiyi, binadan atıldığı iddiaları var.
Məhkəmədə şübhəli şəxs qismində ifadə verən Çağatay Aksu Şölənin atasına xitab edərək "qızına sahib çıxaydın" söyləyib.
O, ilk məhkəmə prosesində də qızın atasının bank hesablarının araşdırılmasını tələb etmişdi və övladına pul göndərmədiyi üçün onun intihar etdiyi iddiasını irəli sürmüşdü.
Çətin ailəsinin vəkili Umur Yıldırım isə deyib ki, şübhəlilər içki qədəhlərini yuyublar, kompüterin saatını dəyişdiriblər, amma qızın düşdüyü an binadakı siqnal səsləri onların planlarını pozub:
"Şölənin atası pul göndərmədiyi üçün intihar etdiyi deyilir. Hansımız atamız pul göndərmədiyi üçün intihar edirik?"
Ç.Aksunun vəkili isə bildirib ki, gənc qızın istifadə etdiyi dərman 24 yaşdan aşağı insanları intihara təhrik edir.
Şölənin rəfiqəsi isə ifadəsində bildirib ki, Çağatay qıza təcavüz edib: "Bunu mənə özü danışmışdı. Mən də demişdim ki, səbrli ol, hər şey keçib gedəcək".
Şölənin bir başqa vəkili Onur Tatar əlavə edib ki, təqsirləndirilən şəxsin təqdim etdiyi həkim Mehmet Nuri Aydın işindən çıxarılıb, tibbi arayış peşəkar tibb mütəxəssisləri tərəfindən qiymətləndiriləcək:
"Qarşı tərəfin vəkilləri Şölənin dırnaqları arasında iki kişiyə aid DNA nümunəsinin olmasını təsadüflə əlaqələndirirlər. Lakin biz təcavüz olduğunu sübut edəcəyik".
Şölənin digər vəkili Ferhat Gebeş qeyd edib ki, qızın ayaqqabılarının bağları açıq olub və binadan atıldığı səhihdir: "Onun tək ayağında corab varıydı. Kim tək corabla gəzir? Kim intihardan əvvəl ayaqqabılarını atar?
Qeyd edək ki, təqsirləndirilən Aksu və Akan adlı şəxsləri 39 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə prosesi davam edir.
Oxu24.com
ŞƏRHLƏR