DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Oxu24.com-un yerli bürosuna verilən məlumata görə, Şirvan şəhər sakini Etiqad Səməndərli mayın 14-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Oxu24.com
ŞƏRHLƏR