Oxu24.com -un "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, İsa Əzizovun atəş açdığı şəxslər kriminal aləmin üzvləri olub. Onunla birgə 6 nəfər saxlanılıb, digər şəxslər isə axtarışa verilib. İ.Əzizov saxlanılan zaman polislərə müqavimət göstərib.
Millət vəkili Adil Əliyev “Qafqazinfo”ya onun və Məhərrəm Əliyevin bacısı nəvəsi kimi təqdim olunan İsa Əzizovla bağlı açıqlama verib.
Deputat qeyd edib ki, hələ bir neçə il bundan əvvəl İsa Əzizovun hərəkətlərinə münasibət bildirib: “Yanacaqdoldurma məntəqəsində hadisə baş verəndə biz bildirdik ki, sözügedən şəxs bacımızın nəvəsi deyil, dayımızın nəvəsidir. Və onun hərəkətlərinə görə biz cavabdeh deyilik. Bu qədər uzaq qohumu Məhərrəm Əliyevin az qala ailə üzvü kimi təqdim etmək və onun adına bağlayaraq xəbəri tirajlamaq doğru deyil.
Əgər onun hərəkətlərinə himayədarlığı Məhərrəm Əliyev və mən etsəydim, bu, yerinə düşərdi. Bu hadisəyə görə 4-5 nəfər həbs olunub, onların içərisində yalnız İsa Əzizovun adı xəbərə çevrilibsə, bu, Məhərrəm Əliyevə çamur atmaq niyyətindən xəbər verir. Məhərrəm Əliyev və mən cinayətkarlığa qarşı daim mübarizə aparan adam olmuşuq. Onun hərəkətlərini də hər zaman pisləmişik, xahişini heç kəsdən etməmişik və bu hadisəyə görə də İsa da digərləri kimi qanun qarşısında cavab verəcək”.
Həmçinin oxu: ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO Oxu24.com
ŞƏRHLƏR