DİN məlumat yaydı
22 Mart 2026, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1834
15.05.2019, 15:34
Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb.
İndi isə həmin kafenin yerində “Hot room” adlı gecə klubu açılıb və bir neçə aydır ki, fəaliyyət göstərir. Əsasən “İnstagram”da reklam olunan məkanın adı yeni deyil. Bu barədə az sonra… Gecə klubunda məşhur reperlər tez-tez səhnə alır, çıxış edirlər. Gənclər rəqs edir, əylənir. Buraya qədər hər şey normaldır.
Normal olmayan isə məkanın əslində gecə klubu altında təbliğat makinası olmasıdır. Belə ki, gecə klubunun sahibi bizə yad biri deyil. Buranın sahibi Roşka (Rövşən Süleymanzadə) adı ilə tanınan gəncdir.
Bu sahədə sözünü deyənlərin çoxu onu reper kimi tanımasa da, o, özünün reper olduğunu iddia edir. Roşkanın pornoqrafiyaya çox böyük marağı var. Belə ki, gənc daha əvvəl eynicinslilərin intim münasibətini, pornoqrafiyanı, əxlaqsızlığı təbliğ edən klip ərsəyə gətirmişdi.
Klipin hər bir kadrı, deyilən sözlər təbliğatın dərəcəsini göz önünə gətirirdi. “Baha bala” adlanan trekdə qadınlara seks obyekti kimi yanaşılır, “sağa bax, sola bax, hər yerdə bala var, hamımız üçün var”- deyərək əslində bütün Azərbaycan qadınlarını təhqir edilir. Daha sonra qızlara qiymət də qoyan Roşka əslində fahişəliyin təbliğatını aparır. Mahnıda intim münasibətlərə xas səs effektlərindən də geniş istifadə edilir. Klipə gəldikdə isə azyaşlıların izləməsi üçün uyğun olmasa da, klip üçün 18+ qeydi edilməyib. Üstəlik heç bir qeydiyyat olmadan hər kəs bu videonu izləyə bilər.
Klipə hazırda 2 milyondan çox insan baxıb. Onların yaşları haqqında məlumat yoxdur. Çünki videoya hər kəs baxa bilər, məhdudiyyət qoyulmayıb.
Həmçinin oxuyun
Bu məkan haqqında bir müddətdir materiallar topladığımız üçün bunu əminliklə deyə bilirik. Məsələn, bu videoda rəqs edənlərin arasına baxın. Heç 15 yaşı belə olmayan uşaq məkanda rəqs edir. Məkan əsasən yüngül əxlaqlı qızların cəlbedici fotoları ilə reklam edilir, müştəri cəlb olunur.
Ərəblərin girişinə icazə verməyən məkan sahibi niyəsə uşaqların klubda spirtli içki qəbul etməsinə icazə verir.
Aidiyatı orqanlar reper kimi özünü təqdim edən Roşka (Rövşən Süleymanzadə) adlı bu gənci diqqət mərkəzində saxlasalar daha yaxşı olar. Pornoqrafiyanı xatırladan kliplər, hər cümləsində mesaj olan mahnı sözləri, qapadılsa da açılan intim gecə klubları… Hamısı da bir nəfər tərəfindən idarə olunur.
Mahnısında narkotik təbliğat sözləri sərf edən reperlər, meyxanaçıların həbs olduğunu ölkəmizdə belə bir şəxsin azadlqılda olması şübhə doğrur. Onu kim himayə edir? Gənclər, uşaqlar arasında əxlaqsızlığı təbliğ edən şəxsə kim bu imkanları yaradır?
10:54 / 22 Mart 2026
1
10:17 / 22 Mart 2026
326
10:15 / 22 Mart 2026
40
10:01 / 22 Mart 2026
90
00:39 / 22 Mart 2026
340
00:15 / 22 Mart 2026
2378
00:11 / 22 Mart 2026
170
23:58 / 21 Mart 2026
529
23:49 / 21 Mart 2026
176
23:48 / 21 Mart 2026
585
23:35 / 21 Mart 2026
426
23:29 / 21 Mart 2026
169
23:17 / 21 Mart 2026
1958
23:11 / 21 Mart 2026
118
23:09 / 21 Mart 2026
194
22:56 / 21 Mart 2026
1044
22:42 / 21 Mart 2026
880
22:40 / 21 Mart 2026
233
22:27 / 21 Mart 2026
444
22:22 / 21 Mart 2026
420
22:21 / 21 Mart 2026
183
22:15 / 21 Mart 2026
569
22:11 / 21 Mart 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.