Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13227
az

Azərbaycanda inanılmaz hadisə - Evi təmizləyən qadın "ACE"dən zəhərlənib öldü

10:5115 May, 2019
418
KRİMİNAL
  • A
 
Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib. Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S. Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib. Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu