DİN açıqlama yaydı: Silahlar tapılıb
15 Dekabr 2025, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
735
13.03.2025, 18:30
Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin (“Şlyapa Zahid”) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə şahid qismində danışan Mürsəl Əliyev deyib ki, "Şahin CO" MMC vergi hesabatlarını boş verib, buna səbəb şirkətin fəaliyyət göstərməməsi olub:
“Zahid Niftəliyevi “Şahin CO” şirkəti ilə bağlı tanımışam, onu 2-3 dəfə görmüşəm”.
Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun istintaq ifadəsi elan olunub.
Mürsəl Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev və Müşahidə Şurasının sədri Fərid Hüseynovun göstərişi ilə “AES kapital” MMC-ni təsis etdiyini deyib:
“Şirkətin yaradılmasında məqsəd tikinti işləri ilə məşğul olmaq olub. Bundan başqa “Şahin CO” MMC-yə kreditin ayrılması göstərişini Fazil Məmmədov verib, bunu da Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov xahiş edib. İlk dəfə 10 milyon, daha sonra 13 milyon 660 min, daha sonra isə 7 milyon kredit ayrılıb”.
Şahid isə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.
Daha sonra “Ata Bank”müşahidə şurasının üzvü İltifat Ağayev ifadə verib. O bildirib ki, “Şahin CO” MMC-yə kreditin ayrılması barədə müzakirə bankın müşahidə şurasında yox, kənarda müzakirə edilib və o yalnız sənədlərə qol çəkib:
Həmçinin oxuyun
“Bu da mənim nöqsanım olub, müzakirəsində iştirak etmədiyim müqaviləyə qol çəkmişəm”.
Proses aprelin 2-də davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
16:59 / 15 Dekabr 2025
6
16:49 / 15 Dekabr 2025
63
16:40 / 15 Dekabr 2025
41
16:26 / 15 Dekabr 2025
35
16:16 / 15 Dekabr 2025
47
15:55 / 15 Dekabr 2025
102
15:45 / 15 Dekabr 2025
355
15:20 / 15 Dekabr 2025
494
15:17 / 15 Dekabr 2025
77
15:00 / 15 Dekabr 2025
389
14:53 / 15 Dekabr 2025
1477
14:48 / 15 Dekabr 2025
61
14:39 / 15 Dekabr 2025
71
14:19 / 15 Dekabr 2025
500
14:13 / 15 Dekabr 2025
257
14:11 / 15 Dekabr 2025
70
13:00 / 15 Dekabr 2025
776
12:42 / 15 Dekabr 2025
1130
12:36 / 15 Dekabr 2025
66
11:45 / 15 Dekabr 2025
130
11:43 / 15 Dekabr 2025
85
11:11 / 15 Dekabr 2025
144
10:38 / 15 Dekabr 2025
276
10:34 / 15 Dekabr 2025
88
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.