Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13191
az

Lotu Qulinin vəkili polisə çağırıldı -Barəsində ŞOK ittiham var

13:4914 May, 2019
763
KRİMİNAL
  • A
 

“Lotu Quli” kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.
 
Oxu24.com   xəbər verir ki, Lent.az-a bu barədə  vəkil  özü  məlumat  verib.
 
Vəkil bildirib ki, dünən səhər saat 10 radələrində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib:
 
“Dəvət əsasında idarəyə gedəndə bildirdilər ki, barəmdə şikayət ərizəsi daxil olub. Sonra məlum oldu ki, şikayət verən şəxs Qəribə Məmmədovadır. O bir müddət əvvəl Tiflisdə öldürülən Elşən Məmmədovun (Elşən Əmircanski) anasıdır. Şikayət Daxili İşlər Nazirinin birinci müavini Vilayət Eyvazovun adına yazılıb və orada bildirdilər ki, bu iş nazir müavinin nəzarətinə götürülüb”.
 
Təranə Əliyeva qeyd edib ki, Q.Məmmədova onu mərhum oğlunun ailəsini dağıtmaqda günahlandırıb:
 
“Qəribə Məmnədova bildirib ki, mərhum oğlu Elşən Məmmədovun ailəsini mən dağıtmışam və həyat yoldaşı ilə 4 azyaşlı uşağını qaçırmışam. Həmçinin şikayətçi deyib ki, guya mən kriminal dəstənin üzvüyəm ".
 
Vəkil əlavə edib ki, Qəribə Məmmədova şikayətində məsələyə aidiyyatı olmayan  məsələri də qeyd edib:
 
“Mənim Daxili İşlər Nazirliyinin sabiq müavini Telman Əliyevin qızı olmağımdan tutmuş, “Range Rover” avtomobilimin olmasına qədər hər şeyi yazıb. Başa düşmürəm ki, mənim kimin qızı olmağımın bura və yaxud Qəribəyə nə dəxli var? Atam 11 il nazir müavini olub. Mənim babam SSRİ dövründə tanınmış şəxs olub. Mənim “Range Rover”i hardan almağımın Qəribə Məmmədovaya heç bir dəxli yoxdur. Univeristeti qutardığım ilk gündən bəri işləyirəm.  25 ildir vəkil stajım var. Onu da qeyd edim ki, valideynlərim varisiyəm və böyük mirasım var".
 
Təranə Əliyeva Qəribə Məmmədova ilə tanışlıqlarından da danışıb:
 
“2005-ci ildən Nadir Səlifovun vəkiliyəm. Vəkili olduqdan sonra onun dostu Elşən adlı şəxslə tanış olmuşam. Elşən öz ailəsi ilə məni tanış edib və hərdən mənə zəng edib Nadir Səlifovdan xəbər alıb. Elşənin uşaqlarının ad günü olanda xahiş edib mənə pul verirdilər ki, onun uşaqlarını gedim təbrik edim. Mən də həmişə anası Qəribə ilə görüşüb, pulu ona verirdim. Axırıncı dəfə Elşən Məmmədov ölən günü Nadir Səlifov 5 min dollar pul verdi ki, onun həyat yoldaşına çatdırım. Evlərinə gedəndə yoldaşı Ülkər və 4 azyaşlı uşaqdan başqa heç kim yox idi. Çünki həmin vaxt Qəribə xanım, Nadir Səlifovun anası ilə birgə Həcc ziyarətində idilər. Daha sonra isə həmin ailə ilə münasibətim olmadı”.


“Lotu Quli”nin vəkili deyib ki, bir müddət sonra Elşən Məmmədovun yoldaşının evlərindən qaçdığını eşidib:
 
“Məsələ ilə bağlı maraqlandım. Mənə dedilər ki, qızın qızıllarını, sənədlərini əlindən aldığı üçün evdən qaçıb. Hazırda da bu məsələ ilə Suraxanı rayon Məhkəməsində məhkəmə çəkişməsi gedir”.
 
Təranə Əliyeva son olaraq vurğulayıb ki, barəsində verilən şikayət normal deyil:

"Bu gəlin 13, 15 yaşında deyil ki, onu qaçırım. Mən Elşənin ailəsinə qarışa bilmərəm. İzahatımda da qeyd etdim ki, gəlin ortadadır və ayın 31-də məhkəməsi var. Gedib ondan hər şeyi soruşa bilərsiniz".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı