Şəmkir sakinindən külli miqdarda marixuana götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan V.Mədətovdan narkotik vasitə olan heroin götürülüb. Polis əməkdaşları tərəfindən onun həmyerlisi Ə.Hüseynovla birgə kultivasiya yolu ilə 3 ədəd çətənə kolu yetişdirməsi müəyyənləşib. Görülmüş tədbirlərlə Ə.Hüseynov da saxlanılıb.
Həmçinin V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 153 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR