Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir?
23 Noyabr 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4670
13.05.2019, 10:49
Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Emini ortadan götüzdürəcəyəm. Hadisə olan günü Emin dostları ilə 6-cı mikrorayonda parkın qabağında dayanıb. Evə də zəng edib ki, yemək hazırlayın, gəlirəm, çörək yeyim gedək dəniz kənarına. Övladı olmalı idi. Emin həbsdən 15 gün idi ki, çıxmışdı. Parka Zaurun atası Əli Yusifov gəlib. Əli Eminə deyib ki, gəl otur maşına, gedək Zaurla söhbət edək, sizi barışdırım. Bu söhbətlər qurtarsın. Emin də yaşlı adam olduğuna görə Əlinin sözünü yerə salmayıb, onun dediyini edib. Maşına minmək istəyən dostlarına da deyib ki, narahat olmayın, ağsaqqal adamdır, onunla gedirəm. Dostlarını zorla maşından düşürüb".
Royal Əkbərov deyir ki, Zaur Yusifov əvvəllər adam bıçaqladığına görə həbsdə olub:
“Eminin ağlına belə gəlməyib ki, belə iş tutarlar, ağsaqqal adamı qabağa verib belə bir cinayət törədərlər. Bu adamlar əvvəlcədən cinayəti planlaşdırıblar. Parkın qabağına Əli Yusifov yox, elə həmin Həsən, başqa biri cavan adam gəlib Emini çağırsaydı, Emin ora tək getməzdi. Zaur da, qardaşı Zamiq də Eminin xasiyyətini bilirdilər. Onun böyük-kiçik yeri bildiyindən xəbərdar idilər.
Həmçinin oxu: Trans polisə intim münasibət təklif edir- ŞOK VİDEO
Ona görə də ağsaqqallarını qabağa veriblər. Emini aldadıb evlərinin qabağına aparıblar ki, desinlər ki, guya Emin onların üstünə gəlib, bunlar da özlərini belə müdafiə ediblər. Eminin parkın yanında dayanıb dostları ilə söhbət etdiyi yerdə onlara Əli Yusifovun yaxınlaşmasını təsdiq edən kamera görüntülərini çıxarıb baxsınlar. Bu cinayət əvvəldən planlı şəkildə törədilib”.
R.Əkbərov deyir ki, Emin Səfərov Əli Yusifovla onların qapısının qarşısına çatanda orada 5-6 nəfərin dayandığını görüb:
“Zaur, Zamiq və başqaları miniblər maşına, trosu atıblar Eminin boynuna, onu boğublar. Soldan qoluna bıçaqla vurublar. Buna baxmayaraq Emin maşından düşə bilib. Onlara qışqırıb deyirmiş ki, kişisizsə, tək-tək gəlin. Əliyə də deyib sənin ağsaqqal olmağına inandım. Onun bədənində müxtəlif bıçaqların izləri var. Ona 41 yox, 78 bıçaq vurublar. Boğazında trosun izi də qalıb. Zaur, qardaşı Zamiq, bacısı uşaqları, Həsən, ataları Əli Yusifov və başqa şəxs olub orada. Əli Yusifovun əlinə də bıçaqla 2-3 yara vurublar, bunu da iz azdırmaq üçün ediblər. Hadisənin şahidləri də var. Tutulan yalnız Həsən Tağıyevdir, faktiki isə Emini qrup şəklində öldürüblər. Bu işi əvvəldən planlaşdırıblar. Emini 6 nəfər öldürüb, 1 nəfər tutulub”.
Royal Əkbərov deyir ki, Emin Səfərovun ailəsi bu cinayətin ədalətli və obyektiv araşdırılmasını tələb edir: “Cinayəti törədən digər 5 nəfərin də istintaqa cəlb edilməsini istəyirik”.
Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. 61 yaşlı Əli Məhəmməd oğlu Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, mübahisə zəminində bir neçə nəfər arasında dava olub.
Həmin vaxt Əli Yusifov tərəfləri ayırmağa çalışıb və o da, Emin Səfərov kimi bıçaq xəsarətlərinə məruz qalıb. Hətta ən təcrübəli kriminalistlər Emin Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Qanlı hadisə ilə əlaqəli Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyevi saxlayıblar. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsənin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
23:50 / 23 Noyabr 2026
100
23:32 / 23 Noyabr 2026
67
23:29 / 23 Noyabr 2026
68
23:24 / 23 Noyabr 2026
75
23:19 / 23 Noyabr 2026
77
22:54 / 23 Noyabr 2026
90
22:39 / 23 Noyabr 2026
153
22:37 / 23 Noyabr 2026
107
22:30 / 23 Noyabr 2026
97
22:25 / 23 Noyabr 2026
136
22:14 / 23 Noyabr 2026
150
21:55 / 23 Noyabr 2026
103
21:51 / 23 Noyabr 2026
506
21:44 / 23 Noyabr 2026
135
21:35 / 23 Noyabr 2026
125
21:27 / 23 Noyabr 2026
153
20:55 / 23 Noyabr 2026
1916
20:46 / 23 Noyabr 2026
116
20:37 / 23 Noyabr 2026
146
20:21 / 23 Noyabr 2026
140
20:16 / 23 Noyabr 2026
209
20:09 / 23 Noyabr 2026
160
19:53 / 23 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.