Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13109
az

Bakıda 4 yaşından küçələrdə yaşayan oğlandan İNANILMAZ ƏMƏLLƏR - FOTO

18:2912 May, 2019
1240
KRİMİNAL
  • A
 Bakıda silsilə cinayətlər törətmiş yeniyetmə barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Oxu24.com-un məlumatına görə, çoxsaylı ağır cinayətlər törətmiş 14 yaşlı Seymur Həmidov barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni. qulurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə aparılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Ramella Allahverdiyevanın sədrliyi ilı baxılacaq.
Araşdırma zamanı məlum olub ki, Seymur Həmidov 3-4 yaşından küçələrdə böyüyüb və küçələrdə gecələyib. Onun sənədləri olmadığından atasının şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

Törətdiyi hadisələrə gəlincə, Seymur tərəfindən keçən ilin noyabrın 28-də gecə saat 02 radələrində Səbail rayonu, N.Rəfibəyli küçəsində 1998-ci il təvəllüdlü Xəyal Məhərrəmzadə bədəninin 3 yerindən bıçaqlanıb.

Səbail RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü, Şamaxı rayon sakini Seymur Həmidov saxlanılıb. Onun Sulutəpə qəsəbəsində kirayə evdə yaşadığı məlum olub.
İstintaq zamanı müəyyən edilib ki, S.Həmidov bıçaqladığı X.Məhərrəmovla əvvəldən tanış olub. Hadisədən öncə Seymur Xəlildən dönər almaq üçün pul istəyib. Qarşı tərəf imtina etdiyi üçün onu bıçaqlayıb.

Məlum olub ki, bu əməl Seymurun dördüncü cinayətidir. Belə ki, bundan öncə Abşeron rayonunda quldurluq yolu ilə Elməddin Mikayılovu bıçaqla hədələyib “iPhone 6” markalı telefonunu əlindən alıb. Onunla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Növbəti hadisə Nəsimi rayonunda baş verib. S.Həmidov orada da ona pul verməyən bir nəfəri bıçaqlayıb və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Onunla bağlı Nərimanov polisində daha bir istintaq aparılır.

S.Həmidov rayon ərazisində bir nəfərin qarşısını kəsəkər pul tələb edib. Lakin rədd cavabı aldığı həmin şəxsi bıçaqlayıb. Bu işlə bağlı isə CM-nin 221.3-cü (xuliqanlıq; silahdan istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Hər üç rayon məhkəməsi S.Həmidovun 14 yaşı olmasına görə həbs etməkdən imtina edib və o, azadlığa buraxıldıqdan sonra növbəti cinayətini törədib.

Dördüncü cinayətindən sonra isə həbs olunub. Səbail RPİ-nin İstintaq şöbəsinin vəsatəti əsasında prokurorluğun verdiyi təqdimatla rayon məhkəməsi S.Həmidov barəsində həbs qətimkan tədbiri seçib və o, Bakı 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

S.Həmidov məhkəmədə deyib ki, 4-5 yaşından Bakı küçələrində yaşayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərdəkanda 52 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Bakıda kafedə ÖLÜM
Bakıda qəbiristanlığında vahiməli mənzərə - VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi