Qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılova küçədə qadına hücum edib.
Oxu24.com xəbər verir ki, Günay Zeynalova adlı qadın avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən, əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb. G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən Məryəm Günaya hücum edib.
Məsələ ilə bağlı musavat.com-a danışan G.Zeynalova hələ də hadisənin şokundan çıxa bilmədiyini deyib:
“Mayın 5-də saat 18 radələrində övladımla “Xaqani” bağının yanında avtomobilimə əyləşdim. Avtomobili park etdiyim yerdən hərəkət istiqamətində hərəkət etdirərkən 99–XZ-131 dövlət qeydiyyat nişanlı avtomobil mənimlə üzbəüz gəldi.
Qeyd edim ki, həmin küçədə hərəkət birtərəflidir və həmin şəxslər yol hərəkəti qaydalarını açıqca pozurdu. Baş verənlər hamısı kameralara düşüb. Mən də etirazımı bildirdim. Qəfildən Məryəm maşından düşüb, mənə yaxınlaşdı. Pəncərədən əlini uzadıb, üzümə yumruq vurdu. Mən başımdan yenicə əməliyyat olmuşam. Əməliyyatımın yerinə zərbələr endirdi".
{banner_reklam}
"Saçımı yolmağa başladı. Şoka düşdüyüm üçün hərəkət edə bilmədim. Bir onu xatırlayıram ki, arxada oturan 8 yaşlı qızım saçımı onun əlindən almağa çalışırdı. Sonra camaat onu dartıb, apardı. Qışqırmağa başladım. Qızım elə qorxmuşdu ki, mənə yaxın gəlmirdi. Sonra 102-yə zəng etdim, 39 nömrəli polis bölməsinə getdik. Orada da bacımı hədələdi”.
G.Zeynalova məşhur boksçunun cəza almasını istədiyini dilə gətirib:
“Maddi-mənəvi ziyan çəkmişəm. Orada 10 min avroluq saatım itdi. Bir neçə gün öncə fikirli olub, maşını vurmuşam. Psixologiyam pozulub, gecələr kabus görürəm. Qızımın da psixologiyası pozulub. İkimiz də psixoloqdan dəstək alırıq. Tək istəyim ədalətli qərarın verilməsidir. Məryəm Cəbrayılovanın layiqli cəza almasını istəyirəm. Çünki bu, sabah küçədə başqa qadının da başına gələ bilər. Mənim yaşadıqlarımı başqalarının yaşamasını istəmirəm”.
Qeyd edək ki, G.Zeynalova bir çox məşhur müğənninin klipində rol alıb.
Oxu24.com
ŞƏRHLƏR