Qaynar xətt:

(+99450) 247 90 86

Arvadının telefonuna gələn mesajı gördü... - XƏYANƏTİN üstü belə açıldı

2019-05/1557512646_photo_59390.jpg

KRİMİNAL

917

10.05.2019, 22:26

\"\" Türkiyədə ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Qaraman şəhərində olub. Həyat yoldaşının telefonuna Mustafa adlı yad bir kişidən mesaj gəldiyini görən Fatih adlı 22 yaşlı gənc dəliyə dönüb. O, mesaj yazan şəxsə zəng edərək, həyat yoldaşını narahat etməməsiylə bağlı xəbərdarlıq edib. Telefon danışığı mübahisəyə çevrilib və onlar görüşüb məsələni həll etməyə qərar veriblər. Görüşən şəxslər əlbəyaxa olublar. Mesaj yazan gənc qadının həyat yoldaşına bıçaqla xəsarət yetirib. Polis xəsarət yetirən şəxsi nəzarət altına götürüb.