Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13016
az

Həbsxanadakı oğlunun görüşünə getdi, özü də həbs edildi - Bakıda

20:5010 May, 2019
660
KRİMİNAL
  • A
Bakıda cəzaçəkmə müəssisəsindəki oğlunun görüşünə gedən ataya cinayət işi açılıb.
Oxu24.com-un məlumatına görə, keçən ilin martında paytaxtdakı 13 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedən Nəcəfov Fərhad Quli oğlunun üzərindən narkotik tapılıb. Onun həmin narkotiki oğluna vermək üçün gətirdiyi müəyyənləşib və həmin şəxsə Cinayət Məcəlləsinin 317-1.1-ci, yəni, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi maddəsi ilə iş açılıb. Rayon məhkəməsi tərəfindən məhkum edilən F.Nəcəfov barəsindəki qərarın dəyişdirilməsi üçün apelyasiya instansiyasına müraciət edib. İşə Bakı Apelyasiya məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, keçən ilin mart ayında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyçayda evdə baş verən partlayış nəticəsində yaralanan      qadın     öldü
Evdən 8300 dollar oğurlanıb, 3    nəfər       tutuldu
Təlimə gələnlərin noutbuklarını lombarda qoyub pul götürürmüş- Foto

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göyçayda evdə baş verən partlayış nəticəsində yaralanan      qadın     öldü