Qaynar xətt:

(+99450) 247 90 86

"Emil 444" ilə birgə bıçaqlanan şəxs xəstəxanadan qaçdı

2019-05/1557477619_1557475647_1.jpg

KRİMİNAL

1352

10.05.2019, 12:39

\"\"  Paytaxtın Binəqədi rayonu İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə \"Emil 444\" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.
Oxu24.com  Unikal.org-a istinadən xəbər verir ki, həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Qətlə yetirilən Emil Səfərovdan başqa 2 nəfər də bıçaqlanıb. Bıçaq xəsarəti ilə Əli Yusifov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, döş qəfəsinin sol tərəfindən bıçaqlanıb. Xəstəxanada onun yarasına tikiş vurulub. Həkimlərin israrına baxmayaraq o, xəstəxanada qalıb müalicə almaqdan imtina edib. Sözügedən şəxs gecə ilə 1 saylı Kliniki Tibbi Mərkəzi tərk edib.