Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12965
az

Bakıda 2 qardaşdan qadına qarşı ŞOK HƏRƏKƏT: Sevgilisi ilə intim...

19:1409 May, 2019
1737
KRİMİNAL
  • A
 

Bakıda tanışını intim görüntülərlə şantaj etməkdə təqsirli bilinən 1986-cı il Sərxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  Teleqraf.com-a istinadən xəbər verir ki, Sərxan Cəfərov zərərçəkmiş şəxsə rüsvayedici məlumatlar yaymaq, onun özünün və yaxın qohumlarının şəxsiyyəti üzərindən zor göstərməklə hədə-qorxu gəlib.

O, paytaxt sakini Samirə Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir – red.) qeyri-rəsmi şəkildə birgə yaşadığı Yavər Səmədovla aralarında yaranmış narazılığın həlli ilə əlaqədar müraciətindən sonra sonuncuları şantaj etmək qərarına gəlib.

Bu məqsədlə qardaşı Sübhan Cəfərovla birlikdə Samirə Babayevanın Yavər Səmədovla yaxın münasibətdə olması barədə əldə etdiyi məlumatlardan istifadə edib, onun yaxın qohumları, tanışları arasında rüsvayedici məlumatlar yayacağını, üzərinə sulfat turşusu atacağını, azyaşlı uşaqlarını oğurlayacağını bildirib.

Sərxan Cəfərov 25 iyul 2016-cı il tarixdən 26 avqust 2016-cı il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif rayonları ərazisində hissə-hissə olmaqla Samirə Babayevadan 6850 manat pul alıb.

Bundan başqa, Sərxan və Sübhan Cəfərovlar qadının Yavər Səmədovla telefon danışıqlarını da əldə ediblər. Daha sonra həmin telefon danışıqlarını yayacaqlarını, qadını rüsvay edəcəkləri ilə şantaja əl atıblar.


Həmçinin oxu:  Kişilərin nəzərinə! İntim əlaqə zamanı sizdə bu hal ölümünüzə səbəb ola bilər-Həkimdən həyəcanlı ÇAĞIRIŞ


Bu yolla Samirə Babayevadan 2500 manat istəyiblər. İlkin olaraq ondan 500 manat alsalar da, qadın qalan 2000 min manatı verməkdən imtina edib.

Şantaj olunan qadın Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Şikayət əsasında Sərxan Cəfərov həbs edilib.

{banner_reklam}


Cinayət işlərinə ayrı-ayrı icraatlarda baxılıb.

İstintaq orqanı tərəfindən Sərxan Cəfərovun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Sərxan Cəfərovun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Sərxan Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sərxan Cəfərov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti apelyasiya şikayətini təmin etməyib.

Qərardan narazı qalan Sərxan Cəfərov kasasiya şikayəti verib. Ali Məhkəmədə kasasiya şikayətini araşdıran hakim heyəti şikayəti qismən təmin edib. Onun cəzası 6 ilə endirilib.

Qeyd edək ki, digər təqsirləndirilən Sübhan Cəfərovun cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Bu cinayət işi hakim Səbuhi Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb və məhkəmənin hökmü ilə Sübhan Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sübhan Cəfərov da hökmlə razılaşmayıb. O, cəzasının yüngülləşdirilməsi üçün apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində hakim Qədəm Babayevin sədrliyi ilə kollegiya şikayəti təmin etməyib.

Sübhan Cəfərov kasasiya şikayəti verib. Ali Məhkəmədə şikayət hakim Hafiz Nəsibovun icraatındadır.

Yaxın günlərdə Sübhan Cəfərovun kasasiya şikayəti üzrə araşdırma başlanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu