Psixiatriya Xəstəxanasında palata yoldaşını boğaraq öldürən şəxsə hökm oxunub
20 Noyabr 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
871
28.01.2025, 10:14
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları İmişli rayonu ərazisində tədarükçü-ekspeditor narkoşəbəkənin üzvlərini ifşa ediblər.
Oxu24.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər məhkum olunan 41 yaşlı Elşən Əliyev və 32 yaşlı Tərlan Bağırov saxlanılıblar.
Onların avtomobilindən və yaşayış ünvanlarından 62 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə 39 yaşlı Ceyhun İsmayılov və 29 yaşlı Rəşad Məmmədli də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən 18 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, onlar barəsində həbs qətimkan tədbirləri seçilib.
Elşən Əliyev, Ceyhun İsmayılov, Rəşad Məmmədli və Tərlan Bağırovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

11:03 / 20 Noyabr 2026
1
11:01 / 20 Noyabr 2026
15
10:49 / 20 Noyabr 2026
46
10:40 / 20 Noyabr 2026
50
10:20 / 20 Noyabr 2026
68
10:20 / 20 Noyabr 2026
59
10:16 / 20 Noyabr 2026
76
10:10 / 20 Noyabr 2026
104
10:10 / 20 Noyabr 2026
69
10:03 / 20 Noyabr 2026
256
10:00 / 20 Noyabr 2026
126
10:00 / 20 Noyabr 2026
99
09:51 / 20 Noyabr 2026
79
09:46 / 20 Noyabr 2026
83
09:41 / 20 Noyabr 2026
85
09:34 / 20 Noyabr 2026
106
09:31 / 20 Noyabr 2026
685
09:26 / 20 Noyabr 2026
84
09:14 / 20 Noyabr 2026
94
09:01 / 20 Noyabr 2026
72
08:37 / 20 Noyabr 2026
70
23:55 / 19 Noyabr 2026
190
23:26 / 19 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.