Bakıda qadın sahibkar həbs edildi
13 May 2025, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
814
28.01.2025, 09:10
Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Kamran Şükürzadənin cinayət işində zərərçəkmişlər dindirilib.
OXU24.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində təqsirləndirilənin atası Etibar Şükürzadə ifadə verib:
"Səhər saatlarında durub işə getdim. Mənə qonşular zəng edib hadisə barədə məlumat verdilər. Hadisənin baş verməsi məni şoka saldı. Çünki hər şey qaydasında idi. Yeməyi, içməyi vaxtı-vaxtında idi. Düzü, oğlum yoldaşı ilə boşanmışdı. Bu amil də təbii ki, onun səhhətinə və psixologiyasına mənfi təsir göstərdi. Onun yoldaşı qardaşının əsgərlikdən gəldiyini bəhanə edərək rayona getdi və qayıtmadı. Bu cinayətə əl atmasına səbəb öz boşanma məsələsində anasını günahkar bilməsidir. Oğlumda epilepsiyanın bir növü var idi".
Daha sonra təqsirləndirilən şəxsin bacısı Nigar Şükürzadə zərərçəkmiş qismində dindirilib. O, qısa ifadə verərək, qardaşından heç bir şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Kamran Şükürzadə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində birlikdə yaşadığı anası Aybəniz Şükürova ilə ailədaxili münaqişə yaşayıb. Anası oğluna təhqir dolu, onun tüfeyli həyat tərzi yaşamasına dair irad bildirib. Kamran Şükürzadə bu münaqişədən hiddətlənərək anasını xüsusi amansızlıqla öldürmək qərarına gəlib.
Belə ki, o, evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb ümumilikdə 25 bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.
Daha sonra Kamran Şükürzadə könüllü şəkildə polisə təslim olub və o, şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
15:21 / 13 May 2025
Müasir dövrün təhdidləri: Hədəf – həqiqətdir!
1
15:20 / 13 May 2025
Şahbaz Şərif: Pakistan Hindistana dərs verib
1
15:06 / 13 May 2025
Amerika və Əmirliklər arasında böyük silah müqaviləsi bağlandı
13
15:01 / 13 May 2025
"Şərurlu İsfəndiyar" məhkəmədə — FOTO
100
15:00 / 13 May 2025
Qanunsuz süni mayalanma və tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir
16
14:59 / 13 May 2025
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir
16
14:50 / 13 May 2025
Bakının mənzil bazarı: Satışa çıxarılan evlərin sayı və qiymətlər artıb
21
14:32 / 13 May 2025
Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər — Hüquqi yardım
331
14:31 / 13 May 2025
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
73
14:05 / 13 May 2025
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
24
14:05 / 13 May 2025
İran ABŞ-dan qorxmur
22
13:55 / 13 May 2025
Rusiyanı yeni sanksiya gözləyir
29
13:46 / 13 May 2025
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl check-up olunubmuş...
645
13:35 / 13 May 2025
Bakıda qadın sahibkar həbs edildi
78
13:30 / 13 May 2025
Fəhlə faciəli şəkildə həyatını itirdi
76
13:22 / 13 May 2025
Hindistan 'Trump üslubunda' cavab verdi
35
13:06 / 13 May 2025
Ekspert Ukrayna-Rusiya danışıqlarının əhəmiyyətindən danışıb
28
13:05 / 13 May 2025
Çin ABŞ ilə əməkdaşlıq şərtlərini açıqlayıb
25
12:59 / 13 May 2025
Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb
38
12:58 / 13 May 2025
SON DƏQİQƏ! "Son zəng"lə bağlı rəsmi xəbərdarlıq
393
12:44 / 13 May 2025
Xankəndidə daha bir orta məktəb açılacaq
41
12:34 / 13 May 2025
Avtomobildən 9 900 manat oğurlanıb
39
12:22 / 13 May 2025
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay müddətində pulsuz oldu
43
12:20 / 13 May 2025
Motosikletçi ağır qəzada öldü
42
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.