Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12829
az

Qadın alverinə görə tutulmuş Təranə Səmədova azadlıqda

18:5506 May, 2019
1236
KRİMİNAL
  • A
 İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova azadlığa buraxılıb.


Bu barədə Oxu24.com-a T.Səmədovanın vəkili Janna Bağırova məlumat verib.


O deyib ki, Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə prodüserin cəzasının azaldılması barədə qərar verilib:


"Artıq qərar icra olunub və Təranə Səmədova bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb”.


Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. Prodüser Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməmişdi.


İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.


O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.


İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərhum xanəndənin nəvəsi faciəli şəkildə öldü
Türkiyəli musiqiçi azərbaycanlı sevgilisini döydü

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib