Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12773
az

Ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürdü - DƏHŞƏTLİ HADİSƏ

14:4205 May, 2019
1749
KRİMİNAL
  • A
İstanbulda ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürüb.

Oxu24.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, özəl klinikalardan birində çalışan 19 yaşlı tələbə qız işdən evə qayıdarkən avtobusda 57 yaşlı kişi tərəfindən təcavüzə məruz qalıb.

Şinasi B. adlı kişi qızı yaşadığı evə qədər təqib edib. Qız mənzilə daxil olandan sonra evin qarşısında onu gözləməyə başlayıb. Gənc qız başına gələn hadisəni anasına danışıb. Nəticədə onun atasına da məlumat çatıb.

44 yaşlı Yılmaz Y. dərhal evə gələrək evin qarşısında dayanan 57 yaşlı kişini döyməyə başlayıb. Aldığı zərbələrdən sonra Şinasi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədə təqsirli bilinən Yılmaz Y. həbs olunub.

“Təkcə atam yox, küçədə olan hər kəs o adamı döyüb. Polis və təcill tibbi yardıma zəng edən də məhz atam olub”, - deyə qız polisə ifadəsində bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu