Qaynar xətt:

(+99450) 247 90 86

Maşın kanala düşdü - Bələdiyyə sədri öldü

2019-05/1556992173_21-45-55-photo_58729.jpg

KRİMİNAL

864

04.05.2019, 21:48

\"\" Samux rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın verdiyi məlumata görə, hadisə rayonun Tatlı kəndinin yaxınlığında olub.
Goranboy sakini idarə etdiyi “Mercedes” markalı 22-BJ-696 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, sonra isə kanala düşüb.
Sürücü hadisə yerində ölüb.
Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədri Sakit Verdiyevdir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.