Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən "Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılır.
ONA-nın xəbərinə görə, xanım jurnalist Xətai Rayon Məhkəməsinə gətirilib.
Birazdan hakim Cavid Hüseynin sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılacaq.
Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan qadının "Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.
Oxu24.com
ŞƏRHLƏR