Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı

2019-05/1556820592_bicaq_2837576.jpg

KRİMİNAL

1120

02.05.2019, 22:09

\"\" Bakıda orta məktəb şagirdi bıçaqlanıb.
Oxu24.comTrend-ə istinadən bildirir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki \"Oba\" marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hadisənin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.