Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobillə digər maşınları əzən şəxs sərxoş çıxdı - TƏFƏRRÜAT

Bakıda avtomobillə digər maşınları əzən şəxs sərxoş çıxdı - TƏFƏRRÜAT

KRİMİNAL

738

02.05.2019, 13:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Bakıda “Toyota Land Cruiser” markalı avtomobilin bir neçə maşını əzməsinin təfərrüatı məlum olub.
Oxu24.com  xəbər verir ki, Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsindən reprot-a bildirilib ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovki küçəsi bina 56-57 ərazisində qeydə alınıb.
Zərərçəkən sürücülər Binəqədi rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb. Sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. Məlum olub ki, o, sərxoş vəziyyətdə “Toyota Land Cruiser” markalı, 10 MV 984 dövlət nömrə nişanlı avomobili idarə edərkən sürdüyü maşınla birlikdə 7 avtomobili əzib: “Avtomobil işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib. Hazırda Binəqədi rayon Polis İdarəsində bununla bağlı araşdırmalar davam etdirilir”. Qeyd edək ki, hadisə zamanı yaşayış binasının qarşısında park edilmiş avtomobillərin arasında biri qəfildən hərəkət edib. Sürücü avtomobili qabağa-dala verir, qəfildən sürərək dayanmış avtomobiləri əzməyə başlayır. Daha sonra isə heç nə olmamış kimi avtomobildən düşərək gedir.