Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK!Bakıda narkotik satan qadın jurnalist həbs edildi

ŞOK!Bakıda narkotik satan qadın jurnalist   həbs edildi

KRİMİNAL

1005

02.05.2019, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 \"\" 
Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub. ONA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. \"\"