Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12619
az

10 manat alıb bacısını oğlanın yatağına saldı... - Sonrası hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK

16:2301 May, 2019
6976
KRİMİNAL
  • A
 
İntim əlaqədə olduğu qadını öldürməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1990-cı il təvəllüdlü Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  Publika.az  -a  istinadən xəbər verir ki, Şahin Quliyev 2009-cu ildən etibarən bir neçə dəfə görüşüb və cinsi əlaqədə olduğu Səmayə Baxışovanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) yaşadığı Beyləqan rayonundakı evinə 2016-cı il noyabrın 24-də yenidən gəlib.

10 manata cinsi əlaqə…

İstintaqın gəldiyi nəticəyə görə, Şahin Quliyev həmin vaxt Səmayənin evində olan bacısı Səidə ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib. Səmayə də pul müqabilində onun bacısı ilə intim əlaqədə olmasına razılıq verib.

Bu zaman Şahin Quliyev Səmayəyə 10 manat verərək, cinsi münasibətdə olmaq üçün Səidə ilə birlikdə otaqlardan birinə keçib.

Əxlaqsız təklifi narazılıq yaratdı

Onlar soyunduqdan sonra Şahin Səidəyə müəyyən qeyri-etik hərəkətlər etməsini təklif edib. Səidə onun bu sözlərindən əsəbiləşib və otağı tərk edib, digər otaqda olan bacısı Səmayə həmin təkliflə əlaqədar narazılığını bildirib.

Səmayə Şahinə hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşub, ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb.

{banner_reklam}


Pula görə bıçağa əl atdı

Mübahisə zamanı Səmayə Şahindən evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək getməsini tələb edib. Bu zaman Şahin qadından verdiyi 10 manatı qaytarmasını tələb edib.

Səmayə isə Şahinə bacısı Səidə ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina edib və ondan həyəti tərk etməsini istəyib.

Səmayənin bu hərəkətlərindən qəzəblənən Şahin onu qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlib.

Bu niyyətlə Şahin Səmayənin saçından tutub, onun qarın nahiyəsinə bir dəfə zərbə vurub. Səmayə Beyləqan rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılıb və intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, dekabrın 1-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Şahin Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Həmçinin oxu: Dəhşətli görüntü! İlan başqa ilanı belə uddu+VİDEO

“Evində görüşdük, cinsi əlaqədə olduq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin Quliyev ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O deyib ki, mərhum Səmayə ilə 2009-cu ildə 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Qoca” kafesində tanıyıb: “Kafedə işləyən Səmayə ilə həm orada, həm də Mil qəsəbəsindəki evində dəfələrlə öz razılığı ilə cinsi əlaqədə olmuşam. Axırıncı dəfə Səmayə ilə yaşadığı evdə qeyd olunan hadisədən bir il altı ay əvvəl görüşdük, onunla cinsi əlaqədə olduq. Onu tanıdığım müddətdə aramızda narazılıq, mübahisə və dava-dalaş olmayıb”.

Şahin Quliyev hadisə günü kartından pul çıxarılması məsələsinə dair ittihama cavab verib. Qeyd olunub ki, guya hadisə baş verən günü o kartından pul çıxarıb və həmin pulu intim əlaqədə olmaq üçün Səmayəyə verib.

“Mən də hər hansı bir kart ola bilməzdi”

Şahin Quliyev bildirib ki, nə ibdtidai istintaq zamanı, nə də əvvəlki məhkəmə baxışlarında bu məsələyə aydınlıq gətirilməsinə heç bir cəhd göstərilməyib: “Mənim bu barədə dediklərim ümumiyyətlə araşdırılmayıb. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışlarında bildirmişəm ki, hadisə baş verən vaxt mən də hər hansı bir kart ola bilməzdi. Çünki 2016-cı ilin oktyabr aylarında ordudan tərxis olunmuşam və həmin dövrdən əmək haqqı kartım bağlanıb. Bundan əlavə həmin vaxtdan üç ay əvvəl, hələ orduda xidmət etdiyim müddətdə iş yoldaşım İqbaldan 800 manat borc almışam. Həmin borcu hissə-hissə ödəmək üçün kartımı ona vermişdim. Karta yüklənən əmək haqqının bir hissəsi hər ay bank kreditinə çıxılıb, qalan təxminən 200 manatı isə hər ay İqbal özü kartdan çıxarıb. Sonradan 2016-çı ilin noyabrında İqbal mənə zəng vuraraq niyə kartda pul olmadığını soruşdu. Ona artıq işdən çıxdığımı bildirdim”.

“Xəsarət yetirən şəxsi tanımayıblar”

Şahin Quliyevin sözlərinə görə, Səmayə və Səidəni hamı tüfeyli və əxlaqsız həyat tərzi keçirən qadınlar kimi tanıyıblar: “Onlar daim sərxoş olublar. İlkin verdikləri ifadələrində olduğu kimi həqiqətən də ola bilsin onlar Səmayəyə xəsarət yetirən həmin şəxsi tanımayıblar. Cinayət işinin açılması naminə müstəntiq onları inandırıb ki, məhz mən həmin ona xəsarət yetirən şəxs olmuşam”.

Mərhum Səmayə Baxışova vəfat etməmişdən əvvəl xəstəxanada ilkin ifadə verib. Məhkəmədə həmin ifadə tədqiq olunub.

“Könüllü cinsi əlaqədə olduq”

Səmayə Baxışova həmin ifadəsində bildirib ki, oğlu Rövşənlə birlikdə Beyləqan rayonu, Mil qəsəbəsində yaşayıb: “Noyabrın 24-də, günorta saatlarında kiminsə həyətdən məni çağırdığını eşitdim. Həyətə çıxanda hərbi geyimdə cavan bir oğlanın yaşadığım evin darvazası qarşısında dayandığını gördüm. Həmin oğlan onu tanıyıb-tanımadığımı soruşdu. Mən isə onu tanımadığımı bildirdim. Oğlan əvvəllər tanış olduğumuzu, cinsi münasibətdə olduğumuzu dedi. Həmin oğlanla 2009-cu ildə Beyləqan rayonu, Mil qəsəbəsindəki kafelərdən birində tanış olmuşam. Həmin müddətdə onunla bir neçə dəfə könüllü olaraq cinsi əlaqədə olmuşam. Həmin dövrdə oğlan mənə Füzuli rayonu, Kürdmahmudlu kəndindən olduğunu, adının Şahin olduğunu söyləyib. Təxminən 1 il 6 ay əvvəl (Cinayət işi üzrə sözü gedən hadisədən əvvəl – red.) əvvəl mənimlə əlaqə saxlayaraq yenə cinsi əlaqədə olmaq istədiyini dedi. Həmin vaxt könüllü olaraq cinsi əlaqədə olduq. Bundan sonra həmin oğlanı bir daha görməmişəm, onunla danışmamışam”.

“Bacımla cinsi əlaqədə olmaq istədi”

Səmayə Baxışova keçmiş günlərini belə xatırlayıb və hadisə baş verən günü Şahin Quliyevlə söhbətini istintaqçılara belə nağıl edib: “Həmin gün bizə gələn Şahin mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Razılıq verəndən sonra Şahin bankomatdan pul çıxarıb, qayıdacağını söylədi. Bir qədər sonra həmin qəsəbədə yaşayan bacım Səidə bizə gəldi. Həmin vaxt oğlum Rövşən Beyləqan şəhərinə getmişdi. Bir qədər sonra Şahin geri qayıtdı. Mənimlə cinsi əlaqədə olmaq üçün digər otağa keçən zaman bacımı gördü. Şahin bacım ilə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Bunun müqabilində 10 manat verdi. Mən də Səidəyə yaxınlaşaraq Şahinin adını demədən, tanışım olduğunu, onunla cinsi əlaqədə olmaq istədiyini və bunun üçün verməli olduğu pulu aldığımı bildirdim. Səidə razılıq verdikdən sonra əvvəlcə Şahini, sonra isə bacımı digər otağa keçirdim”.

“Pulu qaytarmaqdan imtina etdim”

Səmayə Baxışovanın bildirdiyinə görə, bir qədər sonra Səidə geri qayıdaraq Şahinin ona otaq soyuq olduğu üçün ehtirasa gəlmək üçün ədəbsiz hərəkətlər təklif etdiyini bildirib: “Həmin vaxt dəhlizə çıxan Şahinə nə üçün bacıma belə təkliflər etdiyini dedim. Şahin isə dediyi sözü inkar edərək, bacıma hər hansı bir təklif etmədiyini bildirdi. Bundan sonra aramızda mübahisə yarandı. Şahinə evdən getməsini, oğlumun gələcəyini dedim. Şahin verdiyi pulu tələb etdi. Mən isə ona bacım ilə otaqda vaxt keçirdiyini, buna görə də pulu qaytarmayacağımı bildirdim. Şahinlə mübahisə edə-edə birlikdə evdən çıxaraq darvazanın qarşısına gəldik. Şahin yenə məndən verdiyi pulu qaytarmasını tələb etdi. Ona pulu qaytarmaqdan imtina etdim”.

 
“Cibimdəki pulu çıxartdım və yerə atdım”

Səmayə Baxışova qeyd edib ki, bu zaman darvazanı açaraq küçəyə baxıb, küçədə heç kimin olmadığını görüb, Şahinə getməsini deyib: “Şahin pulu tələb etdikdə isə, ona pulu qaytarmayacağım dedim. Şahin saçımdan tutaraq əlini əynindəki buşlatının içəri hissəsinə saldı və oradan çıxardığı bıçaqla qarın nahiyəmə bir bıçaq zərbəsi vurdu. Zərbəni vurduqdan sonra isə bıçağı qarnımda bir dəfə burdu. Zərbədən yerə yıxıldım, Şahin isə pəncəsini boğazıma qoyaraq pulunu tələb etdi. Şahinin bıçağa tərəf əyildiyini gördüm. Onun bıçağı çıxardaraq yenidən məni vuracağından ehtiyat edərək, cibimdəki pulu çıxartdım və yerə atdım. Bu zaman bacım Səidə evdən çıxaraq, Şahinin üzərinə hücum etdi. Şahin tez darvazadan çıxaraq qaçdı. Səidə onun arxasınca küçəyə çıxdı. Mən isə Şahinin geri qayıdaraq yenə vuracağından ehtiyat etdiyimdən bıçağı qarnımdan çıxartdım, evə tərəf tulladım. Sonra isə Səidəni çağıraraq özüm çətinliklə ayağa qalxdım və evə tərəf getdim. Səidə gəldikdən sonra birlikdə evə keçdik. Divanın yanında yerə uzandım. Mobil telefonum ilə oğluma hadisə barədə məlumat verdim. Bir qədər sonra digər bacım Səlimə, onun arxasınca isə oğlum gəldi. Oğlum məni avtomobillə Beyləqan rayon Mərkəzi Xəstəxanasına gətirdi”.

“Bildirdi ki, narahat olma, bu mənim tanıdığım adamdır”

Cinayət işi üzrə şahid qismində ifadə verən qətlə yetirilən Səmayə Baxışovanın bacısı Səidə bildirib ki, noyabrın 24-də, saat 11 radələrində bacısı Səmayəgilə gəlib: “Səmayə yumurta bişirdi, birlikdə nahar etdik. Bir qədər sonra qonşuluqda olan alverçi qadın olan Sevda da gəldi. Bir az söhbət edəndən sonra Sevda getdi. Sevda gedərkən çöl qapını arxadan bağlmadıq. Pəncərədən çöl darvazadan bir nəfər adamın həyətə keçdiyini gördüm. Səmayə işıq pulu yığan olduğunu güman etdi və çölə çıxdı. Bir az sonra geri qayıdan Səmayə bildirdi ki, narahat olma, bu, mənim tanıdığım adamdır. Sonra Səmayə yenidən həyətə çıxdı, oğlanla söhbət etdi. Sonra Səmayə həmin oğlanı evə gətirdi və digər otağa keçirdi. Həmin oğlanın adının Şahin olduğunu bildim. O, içkili vəziyyətdə idi”.

“Dedi ki, sənin borcun çoxdur, Şahinlə cinsi əlaqədə ol”

Səidə qeyd edib ki, Səmayə həmin oğlanla otağa keçən vaxt onun oğlu zəng edib, yemək üçün evə gələcəyini deyib: “Bu səbəbdən Səmayə Şahinə getməsini və bir azdan gəlməsini dedi. Sonra onu yola saldı. Şahin gedəndən 15-20 dəqiqə sonra geri qayıtdı, yenə Səmayə ilə otağa keçdilər. Səmayə bu zaman mənə dedi ki, sənin borcun çoxdur, sən otağa gir, Şahinlə cinsi əlaqədə ol. Mən də pul müqabilində intim əlaqədə olmaqla razı oldum. Şahinlə cinsi əlaqədə olmaq üçün otağa keçdim. Otaqda olarkən Şahin məni nalayiq söyüşlərlə söydü və ədəbsiz hərəkətlər etməyimi tələb etdi. Bundan əsəbiləşdiyim üçün otaqdan çıxdım, Şahinlə cinsi əlaqədə olmadım”.

“Bıçağı polisə verdim”

Şahid qeyd edib ki, Səmayə Şahini yola salarkən, qapıdan qışqırıq səsi eşidib: “Səsə görə qapıya qaçdım. Şahinin Səmayəni bıçaqla vuraraq yerə yıxdığını, ayağını onun başının üstünə qoyaraq, Səmayənin üstündən pul axtardığını gördüm. Şahin yerə düşmüş papağını götürərək qaçdı. Səmayə kömək çağırdı. Onu bacım və oğlu xəstəxanaya apardılar. Həmin vaxt polislər gəldi. Bıçağı polislərə verdim”.

Bəraət istədi, cəzası yüngülləşdirildi

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Quliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şahin Quliyev apelyasiya şikayəti verib. O, bu qətl hadisəsini törətmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Onun şikayətinə bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baxılıb. Şahin Quliyevin bəraət istəməsi barədə şikayəti təmin olunmayıb. Amma onun cəzasə 11 ilə qədər yüngülləşdirilib.

Ali Məhkəmə işi geri qaytardı

Bu qərardan narazı qalan Şahin Quliyev kasasiya şikayəti verib. O, kasasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə yenidən apelyasiya instansiyasında bəraətverici əsaslarla baxılmasını istəyib.

Ali Məhkəmədə onun kasasiya şikayəti hakim Tahir Kazımovun sıdrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda kasasiya şikayətinin təmin olunması barədə qərar elan edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Məhkəmə bəraət verdi

Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayətə apelyasiya instansiyasında bu dəfə hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti təqsirləndirilən şəxsin apelyasiya şikayətini təmin edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Şahin Quliyevin qətl hadisəsi törətməsi sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO