Lənkəran rayonunda baş vermiş qətl hadisəsinin dəhşətli təfərrüatı üzə çıxıb.
Oxu24.com xəbər verir ki, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev saxlanılıb. Meyit gizlədildiyi yerdən götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxu24.com xəbər verir ki, Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında qətlə yetirilən şəxsin valideynləri dəhşətli fikirlər səsləndirib. Öldürülən gəncin anasının sözlərinə görə, oğlunu bir nəfər yox, bir neçə nəfər birlikdə öldürüb. "Oğluma işgəncə veriblər.Soyundurub, meyitini təhqir ediblər. Daha sonra ayaqlarını və qolunu sındırıblar. İki gün can verib, üstünə daş düzüblər və ölməsini izləyiblər.",deyə ana dəhşətli iddialar irəli sürüb.
Verilişdə daha sonra qətlin baş verdiyi ərazidən görüntülər təqdim edilib. Meyiti ərazidə görən kənd sakini dəhşətli faktları açıqlayıb. Onun sözlərinə görə, ərazidən keçdikləri zaman pis qoxu hiss etdiyindən əraziyə yaxınlaşıb. Bu zaman yarımtikilidə çılpaq oğlan meyitinin olduğu və üzündə qurdların gəzdiyini gördüyünü bildirib. Daha ətraflı videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR