Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12600
az

Elina Hacıyevanın intihar işilə bağlı YENİLİK

10:1801 May, 2019
1352
KRİMİNAL
  • A
 
Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın işi ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən zərərçəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri - Azər Nağıyev, Sevinc Əliyeva və Emin İsayev prosesə cəlb edilib.

Oxu24.com  bu barədə E.İsayev "report"a məlumat verib.

Onun sözlərinə görə, aprelin 23-də zərərçəkmiş E.Hacıyevanın hüquqi varisi, onun anası Sevil Hacıyeva ilə ödənişsiz hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanılıb və onun hüquqlarının və qanuni maraqlarının müdafiəsini vəkillər üzərlərinə götürüb:

"Müqavilə bağladıqdan sonra əvvəl Elina Hacıyevanın anası Sevil Hüseynova ilə görüşdük və hadisə ilə bağlı ona məlum olan bütün hallar, habelə, onu narahat edən məqamlar barədə ətraflı söhbət etdik.

Bundan sonra Bakı şəhər Prokurorluğu tərəfindən zərərçəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri kimi prosesə cəlb edildik".

E.İsayev qeyd edib ki, hazırda Bakı şəhər Prokurorluğu tərəfindən intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə açılmış cinayət işi üzrə ibtidai istintaq aparılır.

İbtidai istintaqın aparılması müstəntiq E.Cəlilova həvalə olunub, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova barəsində CM-nin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Vəkil bildirib ki, E.Hacıyevanın ölümündə digər şəxslərin, o cümlədən ona tibbi yardım göstərən həkimlərin təqsirinin olub-olmamasına ibtidai istintaq orqanından müdafiəçilərə məlumat verilib:

"Deyilib ki, bu istiqamətdə araşdırmalar davam edir.

Belə ki, cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, onun həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması,

onun xəstəxanaya gec çatdırılması (bu fakt danılmazdır) ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Müstəntiq bildirdi ki, ekspert rəyindən həkimlərin məsuliyyət məsələsi aydınlaşacaq.

Onu da qeyd edək ki, ekspert rəyi ilə tanış olduqdan sonra onun obyektivliyi barədə fikrimizi geniş şəkildə bildirəcəyik. Belə ki, bu rəyin dolğun olması və həqiqəti əks etdirməsi iş üzrə mühüm əhəmiyyət kəsb edir.

Hazırda cinayət işi üzrə Bakı şəhər Prokurorluğu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əksər məlumatlar vəkil və istintaq sirrinə aid olduğundan hələ ki, onlar barədə açıqlama verə bilmirik.

Lakin söz veririk ki, iş üzrə ədalətin bərqərar olması və Elinanın faciəvi ölümündə təqsirkar şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

E.İsayev vurğulayıb ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər gün E.Hacıyevanın müdafiəçiləri ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlanır:

"İş üzrə hər hansı bir qanunsuz halla rastlaşsaq dərhal bu barədə ona məlumat verməyimizi xahiş edir. İşi diqqətdə saxlayan və obyektiv qaydada işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu