Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı
29 Avqust 2026, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
883
12.12.2024, 11:37
Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham edilən sabiq şöbə rəisi Elşən Quliyevə hökm oxunub.
Oxu24.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi E.Quliyevə 9 il həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 311 və 312-1-ci (rüşvət alma və nüfuz alveri) maddələri üzrə təqsirli bilinib.
Qeyd edilib ki, E.Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.
Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində alması, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsi müəyyən edilib.
10:15 / 29 Avqust 2026
4
09:52 / 29 Avqust 2026
32
09:43 / 29 Avqust 2026
42
09:30 / 29 Avqust 2026
40
09:15 / 29 Avqust 2026
45
08:59 / 29 Avqust 2026
49
23:54 / 28 Avqust 2026
157
23:28 / 28 Avqust 2026
117
23:11 / 28 Avqust 2026
94
22:56 / 28 Avqust 2026
127
22:32 / 28 Avqust 2026
132
22:12 / 28 Avqust 2026
113
21:45 / 28 Avqust 2026
79
21:09 / 28 Avqust 2026
130
20:50 / 28 Avqust 2026
145
20:40 / 28 Avqust 2026
165
20:07 / 28 Avqust 2026
116
19:53 / 28 Avqust 2026
127
19:29 / 28 Avqust 2026
99
19:26 / 28 Avqust 2026
450
19:16 / 28 Avqust 2026
673
19:09 / 28 Avqust 2026
98
18:47 / 28 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.