48 nəfər saxlanılıb - DİN açıqlama yaydı
29 Avqust 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
664
09.12.2024, 14:36
Mənimsəmə maddəsi ilə ittiham olunan və 2021-ci ildən məhkəməsi davam edən Fransa vətəndaşı, türk iş adamı Mehmet Şahanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu24.com un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən son prosesdə hökm elan edilib. Mehmet Şahan 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, daha öncəki prosessdə ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, “Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
15:30 / 29 Avqust 2026
35
15:28 / 29 Avqust 2026
43
14:39 / 29 Avqust 2026
60
14:09 / 29 Avqust 2026
70
14:01 / 29 Avqust 2026
60
13:40 / 29 Avqust 2026
75
13:34 / 29 Avqust 2026
121
13:14 / 29 Avqust 2026
1066
12:59 / 29 Avqust 2026
59
12:55 / 29 Avqust 2026
681
12:35 / 29 Avqust 2026
58
12:15 / 29 Avqust 2026
70
11:59 / 29 Avqust 2026
83
11:58 / 29 Avqust 2026
79
11:45 / 29 Avqust 2026
72
11:24 / 29 Avqust 2026
64
11:09 / 29 Avqust 2026
82
10:55 / 29 Avqust 2026
80
10:42 / 29 Avqust 2026
63
10:37 / 29 Avqust 2026
159
10:30 / 29 Avqust 2026
76
10:28 / 29 Avqust 2026
71
10:15 / 29 Avqust 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.