Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda klinikada uşaq dünyaya gətirən ana nadir xəstəlikdən ölüb

2019-04/1556386804_dogush_olum_3.jpg

KRİMİNAL

997

27.04.2019, 21:39

\"\" Bakıda uşaq dünyaya gətirən qadın nadir xəstəlikdən ölüb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisindəki klinikada baş verib. Paytaxtın Nizami rayonu, Abbasov küçəsi 6b, mənzil 4-də yaşayan, 1977-ci il təvəllüdlü Əliyeva Rumiyyə Sədi qızı \"Hellp sindromu\" diaqnozu ilə Baku Medical Plaza-ya gətirilib və orada ölüb. Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva 36-38 həftəlik hamilə olarkən yıxılaraq qolundan xəsarət alıb, hadisədən 2-3 həftə sonra halı pisləşdiyindən aprelin 15-də Baku Medical Plaza-ya yerləşdirilib və qeysəriyyə əməliyyatı olunaraq oğlan uşağı dünyaya gətirib. R.Əliyeva səhhəti normallaşdıqdan sonra evə buraxılıb. Aprelin 23-də R.Əliyevanın səhhəti yenidən pisləşdiyindən o, Baku Medical Plaza-ya yerləşdirilsə də, aprelin 26-da orada dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.