Şirvanda yük və minik avtomobilləri toqquşdu: ölən var
29 Avqust 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
349
05.12.2024, 17:23
Bakıda tükürpədən cinayət baş verib.
Oxu24.com un əldə etdiyi məlumata görə, yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb. Söhbət yeniyetmə yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir.
İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.
Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb. Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb.
Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İntihar edən yeniyetmənin bütün ailə üzvləri istintaqa cəlb edilib.
Toplanmış dəlil və sübutlar əsasında yeniyetmənin qonşusu tərəfindən intihar həddinə çatdırıldığı məlum olub. X.A.-nın yeniyetmələrə göndərdiyi əxlaqsız mesajlar da sübut kimi işə əlavə edilib. İbtidai istintaqın gedişində onun eyni hərəkətləri etdiyi ikinci yeniyetmə də ortaya çıxıb.
Ekspert rəylərindən görünür ki, intihar etmiş yeniyetmədə sıxıntı, gərginlik, bezikmə və çıxılmazlıq kimi hallar yaranıb. Bütün bunlar onu canına qəsd etməyə məcbur edib.
Təqsirləndirilən X.A. Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə ittiham edilərək həbs edilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.
01:20 / 30 Avqust 2026
1
23:39 / 29 Avqust 2026
36
23:30 / 29 Avqust 2026
69
23:18 / 29 Avqust 2026
82
23:04 / 29 Avqust 2026
71
22:48 / 29 Avqust 2026
77
22:10 / 29 Avqust 2026
76
21:29 / 29 Avqust 2026
85
20:57 / 29 Avqust 2026
98
20:36 / 29 Avqust 2026
111
20:04 / 29 Avqust 2026
125
19:48 / 29 Avqust 2026
100
19:17 / 29 Avqust 2026
122
19:10 / 29 Avqust 2026
99
19:01 / 29 Avqust 2026
106
18:22 / 29 Avqust 2026
81
18:00 / 29 Avqust 2026
152
15:30 / 29 Avqust 2026
149
15:28 / 29 Avqust 2026
213
14:39 / 29 Avqust 2026
126
14:09 / 29 Avqust 2026
130
14:01 / 29 Avqust 2026
115
13:40 / 29 Avqust 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.