Şirvanda yük və minik avtomobilləri toqquşdu: ölən var
29 Avqust 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
973
05.12.2024, 11:54
Xəbər verdiyimiz kimi, prokuror keçmiş deputat Hüseyn Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Oxu24.com un məlumatına görə, proses başqa məqamlarla da yadda qalıb.
Hakim Azər Tağıyev vəkillərin vəsatətini təmin edərək tanınmış həkim Adil Qeybullanın Hüseyn Abdullayevi təkrar müayinə etməsinə qərar verib. Vəkillər vəsatətdə göstəriblər ki, sözügedən həkim bundan əvvəl cəmi bir dəfə Abdullayevlə görüşüb, daha sonra ona icazə verilməyib.
Hakim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasına rahat girişinə icazə verilməsi ilə bağlı yenidən qərar qəbul edib.
“Quska” özü məhkəmənin tez başa çatmasını istəyir. O, qısa çıxışında ittihamları qəbul etmədiyini deyib: “Çirkli pullar barədə mənə bir dənə dəlil göstərin, ondan sonra ömürlük cəza verin. Mənim səhhətim pisdir”.
Təqsirləndirilən şəxsin və vəkillərinin razılığı ilə dindirilməyən şahidlərin ifadəsi elan edilmiş hesab edilib. Tərəflər bütün istintaq materialları ilə tanış olduqları üçün bəzi sənədlər də baxılmış sayılıb.
Prokurorun çıxışından sonra proses dekabrın 19-na kimi təxirə salınıb. Həmin gün vəkillərin çıxışından və son sözdən sonra hökm elan ediləcəyi gözlənilir.
01:42 / 30 Avqust 2026
146
01:20 / 30 Avqust 2026
152
23:39 / 29 Avqust 2026
81
23:30 / 29 Avqust 2026
83
23:18 / 29 Avqust 2026
97
23:04 / 29 Avqust 2026
90
22:48 / 29 Avqust 2026
92
22:10 / 29 Avqust 2026
84
21:29 / 29 Avqust 2026
99
20:57 / 29 Avqust 2026
110
20:36 / 29 Avqust 2026
123
20:04 / 29 Avqust 2026
130
19:48 / 29 Avqust 2026
103
19:17 / 29 Avqust 2026
128
19:10 / 29 Avqust 2026
101
19:01 / 29 Avqust 2026
109
18:22 / 29 Avqust 2026
83
18:00 / 29 Avqust 2026
156
15:30 / 29 Avqust 2026
162
15:28 / 29 Avqust 2026
217
14:39 / 29 Avqust 2026
129
14:09 / 29 Avqust 2026
132
14:01 / 29 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.