Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12476
az

Ölkədən külli miqdarda pul çıxarmaq istədilər

18:1027 Aprel, 2019
537
KRİMİNAL
  • A

 
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Oxu24.com -a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin əl çantası və gödəkçəsi rentgen aparatında yoxlanılarkən sərnişində gömrüyə bəyan edilməyən malların olması barədə gömrük əməkdaşında əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb vəçantasında təkrar yoxlama aparılıb.

Nəticədə çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış 150 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 15 000 ABŞ dolları, vətəndaşın gödəkçəsinin cibində isə gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 10 000 ABŞ dolları, ümumilikdə 25 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu