Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət! İt sahibini yedi

Bakıda dəhşət! İt sahibini yedi

KRİMİNAL

349

04.12.2024, 13:33

Bakıda itlər öz sahibini parçalayaraq öldürüb.

Oxu24.com  lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 70 yaşlı Ə.Y-ya saxladığı Alabay cinsli itlər sahibinə hücum edib. Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə, Ə.Y biri erkək, biri dişi olmaqla, 2 nəhəng it saxlayıb.