Qaynar xətt:

(+99450) 247 90 86

Yük maşınının altında qalıb öldü

Yük maşınının altında      qalıb      öldü

KRİMİNAL

971

03.12.2024, 11:41

Bu gün Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

Oxu24.com  xəbər verir ki, saat 08 radələrində Rauf Şamilov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən 1978-ci il təvəllüdlü İradə Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.