Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu24.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.
Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR