Qaynar xətt:

(+99450) 247 90 86

31 il əvvəl törədilmiş qətlin üstü açıldı

31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı

KRİMİNAL

189

25.11.2024, 16:21

Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 31 il əvvəl, 1993-cü il  fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1956-cı il təvəllüdlü Babayev Əli-İskəndər Hacıbala oğlunun idarə etdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub. 

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

Bildirilib ki, toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Qililov Aydın Şauloviçin həmin gün saat 22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısında görüşüb, sonuncuya məxsus  “Qaz-24” markalı avtomaşının salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan “Naqan” tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Ötən illərdə qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması, törədilmiş cinayətə görə cinayət məsuliyyətinin və cəzanın labüdlüyü prinsipinin təmin olunması istiqamətində prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

Yerə yaxınlaşdıqca zaman niyə yavaşlayır? – Maraqlı fizika  

15:35 / 31 Avqust 2026

MARAQLI MARAQLI

Yerə yaxınlaşdıqca zaman niyə yavaşlayır? – Maraqlı fizika  

49

0
Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - Video 

15:32 / 31 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - Video 

49

0
Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir 

15:16 / 31 Avqust 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir 

54

0
İrandan Qafqazda yeni mərhələ mesajı: Məsud Pezeşkiyanın bəyanatı Bakı-Tehran xəttinə necə təsir edəcək?  

15:10 / 31 Avqust 2026

DÜNYA DÜNYA

İrandan Qafqazda yeni mərhələ mesajı: Məsud Pezeşkiyanın bəyanatı Bakı-Tehran xəttinə necə təsir edəcək?  

53

0
Qanda bu göstərici aşağıdırsa, DİQQƏT: Gələcək körpələr üçün böyük TƏHLÜKƏ!  

14:59 / 31 Avqust 2026

TİBB TİBB

Qanda bu göstərici aşağıdırsa, DİQQƏT: Gələcək körpələr üçün böyük TƏHLÜKƏ!  

53

0
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib 

14:56 / 31 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib 

57

0
Alma sirkəsi damarları açır? — Kardioloqdan HƏYACAN SİQNALI: Əksinə, bu xəstəliklərə yol açır!  

14:40 / 31 Avqust 2026

TİBB TİBB

Alma sirkəsi damarları açır? — Kardioloqdan HƏYACAN SİQNALI: Əksinə, bu xəstəliklərə yol açır!  

70

0
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlandı  

14:25 / 31 Avqust 2026

KRİMİNAL KRİMİNAL

Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlandı  

63

0
Ürək xəstələrinə ŞOK XƏBƏRDARLIQ: Bu idman növləri həyatınızı təhlükəyə ata bilər  

14:10 / 31 Avqust 2026

TİBB TİBB

Ürək xəstələrinə ŞOK XƏBƏRDARLIQ: Bu idman növləri həyatınızı təhlükəyə ata bilər  

68

0
Göbək yağlarını əritməklə bağlı BÖYÜK YANLIŞ: Pres çəkmək faydasızdır?  

13:55 / 31 Avqust 2026

MARAQLI MARAQLI

Göbək yağlarını əritməklə bağlı BÖYÜK YANLIŞ: Pres çəkmək faydasızdır?  

68

0
Bakıda bu avtobusun qiyməti 65 qəpik oldu 

13:54 / 31 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda bu avtobusun qiyməti 65 qəpik oldu 

90

0
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib 

13:45 / 31 Avqust 2026

SİYASƏT SİYASƏT

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib 

85

0