Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət! İtlər bir gecədə 9 nəfəri parçaladı

2019-04/1556182313_5a6deee2c24b4_1513240352_1.jpg

KRİMİNAL

776

25.04.2019, 12:52

  Lənkəran rayonunda it 9 nəfəri dişləyib.
Oxu24.com -un  ONA-ya istinadla verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib. Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib. Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa  Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra zərərçəkənlərin əksəriyyəti evə buraxılıb.   Sabah onlara quduzluq əleyhinə vaksin vurulacağı bildirilib.