Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda 3 uşaq anası çayda batıb

2019-04/1556124715_749480.jpg

KRİMİNAL

1049

24.04.2019, 21:29

\"\" Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.
 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə kimliyi məlum olmayan bir nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub. Oxu.Az-ın Aran bürosunun verdiyi xəbərə görə, batan şəxs 35 yaşlı  Aysel Vaqif qızı Dadaşovadır. O özünü  Akkuşa çayının körpüsündən suya ataraq intihar edib. Aysel Dadaşova 3 azyaşlı uşaq anasıdır və Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.  Faktla bağlı Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşdarı tərəfindən araşdırma aparılır.