Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12346
az

23 yaşlı qızın dəhşətli intiharı – Atası ona çatsa da, tutub saxlaya bilməyib...

15:0524 Aprel, 2019
1738
KRİMİNAL
  • A
 
Bakının Yasamal rayonunda özünü 7-ci mərtəbədən atan 23 yaşlı qızın cənazəsi ailəsinə təhvil verilib.
 
Oxu24.com  xəbər verir ki, BakuPost-un əməkdaşı faciə baş verən ailəyə baş çəkib və bəzi yeni məlumatlar əldə edib.
 
Bildirildiyi kimi 1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızı gözəllik salonlarından birində qəbul şöbəsində işləyib. Bir müddət əvvəl salonun kassasından 800 manatlıq əskik aşkarlanıb. Gözəllik salonunun Rəna adlı sahibəsi bu itkiyə görə Firuzə Dadaşovanı günahlandırıb, ondan zərərin ödənilməsini tələb edib. Rənanın tələbləri aqressiv xarakter daşıyıb, hədə-qorxu və aşağılayıcı hərəkətlərlə müşayiət olunub. Rəna Firuzə Dadaşovaya məxsus qızıl-zinət əşyalarını və mobil telefonunu əlindən alıb, kassadakı əskik məbləğ yerinə qoyulmayınca qaytarmayacağını bildirib. O, tez-tez Firuzə Dadaşovanın Yeni Yasamalda yaşadığı mənzilə gəlir, ailə üzvləri ilə konflikt yaradırmış.
 
Aprelin 22-də Rənanın növbəti gəlişindən və dava-dalaşından sonra Firuzə özünü yaşadığı evin eyvanından atmaq istəyib. Lakin atası qızının bu cəhdinə mane olub. Qızın psixoloji durumuna və emosional davranışlarına baxmayaraq, Rəna aprelin 23-də yenə onların qapısını döyüb. Həmin axşam Firuzə atasına "Məni bağışla” deyərək, özünü eyvandan atıb. Atası qızına çata bilsə də, onu tutub saxlaya bilməyib. Yerə çırpılan qız dünyasını dəyişib.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Qeyd edək ki, Firuzə Dadaşova nişanlanmağa hazırlaşırmış və ailələr arasında razılıq əldə olunubmuş. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu