Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123233
az

"Arif Rəhimov məhkəməyə gəlsin"- Çingiz Mehdiyevin vəkili sabiq nazirin oğlunun dindirilməsini istədi

14:4018 Noyabr, 2024
43
KRİMİNAL
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Kamal oğlu Mehdiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Oxu24.com ın məlumatına görə, sənədlərin tədqiqi prosesi keçirilməsi təklif edilib.

Təqsirləndirilən şəxsin vəkili Araz Hüseynli vəsatət qaldırdıqları şahidlər- Bakı Şəhər Halqası Şirkətinin Təchizat Şöbəsinin müdiri Zaur Məlikaslanov və Çingiz Mehdiyevin müavini olan Urfan Tağızadənin dindirilməsini istəyib. Vəkil əlavə edib ki, Bakı Şəhər Əməliyyat Halqasının sabiq rəhbəri, keçmiş Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da şahid qismində dindirilsin.

Dövlət ittihamçısı Orxan Səmədov əgər zərurət varsa Arif Rəhimovun şahid qismində dindirilməsinə etiraz etməyib. 

Məhkəmə müşavirəsi əsasında vəsatətlərin baxılmamış saxlanılmasına qərar verilib. Hakim şahid qismində dəvət olunan Urfan Tağızadənin xaricdə olduğunu bildirərək gətirilməsinin mümkün olmadığını bildirib. Digər şahidin isə ifadəsinin elan olunmasını təklif edib. 

Vəkil Araz Hüseynli isə Zaur Məlikaslanovun məcburi gətirilməsini istəyib. Vəkilin vəsatəti bu hissədə qəbul edilib.

Daha sonra sənədlərin tədqiqi prosesinə başlanılıb. Məlum olub ki, Arif Rəhimov və Fərid Allahverdiyev barəsində cinayət işinin başlanılmasına dair qərar ibtidai istintaq dövründə rədd edilib.

Digər sənəddə təqsirləndirilən şəxsin anasının adına olan "Dayton" şirkətinə alınan mallara görə xüsusi külli miqdarda vəsaitin köçürüldüyünü bildirilib. Təqsirləndirilən şəxs adı keçən şirkətin hadisədən öncə yaradıldığını və 2,5 milyon manat dövriyyəsi olduğunu qeyd edib. 

Vəkil Araz Hüseynli həmin şirkətə cəmi 940 min dollar köçürüldüyünü əlavə edib. 

Daha sonra məhkəmə, Formula 1-ə xidmət göstərməsi üçün kran və digər maşınları gətirən şirkətlərin VÖEN hesabları olmamısının və onlara ayrılan vəsatətin Çingiz Mehdiyevin sürücüsü Mais Abdullayevin hesabına  köçürülməsinin səbəbini izah etməsini istəyib. Sədr əlavə edib ki, ibtidai istintaq materiallarına əsasən həmin pullar Çingiz Mehdiyevin evinə aparılıb.

Vəkil prosesin tezləşdirilməsi üçün vəsaitin hüquqi şəxsin hesabına köçürüldüyünü söyləyib. Müxtəlif şirkətlərlə müqavilə bağlanılmasının və vəsatət köçürülməsinin zaman aparacağını bildirib.

O, əlavə edib ki, Formula 1 yarışına hər ay 150 milyon manat pul ayrılır. Çingiz Mehdiyevin şöbəsinə ayrılan vəsait isə bunun 0,6 faizini təşkil edir. 

Əlavə edilib ki, həmin dövrdə Çingiz Mehdiyev məbləğin bir qismini Estoniyadakı hesablarına köçürüb. Bank köçürülmüş məbləği şübhəli hesab edib köçürülməyi dayandırdıqdan sonra, o, qalan pulu Kiprdəki hesabına köçürüb. 

Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırdı. Belə ki, 2015-2020-ci illərdə  Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara  təqdim olunmasını istədi. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirdi.

Növbəti məhkəmə prosesi dekabr ayının 16-na təyin edilib. 

Qeyd edək ki, ittihama görə, Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsəyib.

Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video
Gəncədə 8-ci sinif şagirdi      bıçaqlandı (FOTO)
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video