İsmayıllı rayonunda qadınları fahişəliyə cəlb edən qadın tutulub.
Oxu24.com ONA-ya istinadən xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhərinin M.Orucov küçəsindəki 29 saylı evdə yaşayan, 1963-cü il təvəllüdlü Xəlilova Qələmnaz Abdulla qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi aşkar edilib.
Məlum olub ki, Qələmnaz Xəlilova əvvəldən tanıdığı Ceyran Babayevanı və başqa qadınları pul müqabilində kişilərlə görüşdürərək qazanc əldə edib.
{banner_reklam}
Müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qələmnaz Xəlilova İsmayıllı şəhərində yerləşən özünə məxsus mağaza və kafedə əvvəlcə kişilərlə görüşərək onlarla sövdələşib, sonra onların qadınlarla görüşünü rayondakı istirahət mərkəzlərində təşkil edirmiş.
Qadın saxlanılaraq İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxu:
42 yaşlı kişi dostu ilə birgə arvadının rəfiqəsini lüt soyundurdu, sonra... - Azərbaycanda TÜKÜRPƏDƏN OLAY Oxu24.com
ŞƏRHLƏR