Azərbaycanda zorlama, hədə-qoru yolu ilə pul tələb etmə və digər cinayətlərdə ittiham olunan Xaçmaz rayon sakini, 1977-ci il təvəllüdlü Həsən Əhmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, Həsən Əhmədovun 2008-ci ildən qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu Röya Rəfiyeva 28 mart 2015-ci il tarixdən onunla münasibətlərinə son qoymaq üçün Quba şəhərində kirayədə yaşadıqları evdən çıxıb. Röya Rəfiyeva tanışı Ramella Allahverdiyevanın Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən evində yaşayıb.
Həmçinin oxu:
Azərbaycanda biabırçılıq!Qadınlar kafedə intim əlaqədə olarkən polis üstünə çıxdı-Tutulanlar var
Sevgilisinin evindən qaçdı, tanışının evinə sığındı
Bundan sonra Həsən Əhmədov Quba rayon polis şöbəsinə Röya Rəfiyevanın itkin düşməsi barədə 4 aprel 2015-ci il tarixdə ərizə verib.
Həmin ilin aprelin 19-dan iyunun 3-dək Röyanın yaşadığı evə gedib, onun yanına qayıtmasına səy göstərməsinə baxmayaraq, sonuncu hər dəfə onunla getmək isiəmədiyini bildirib.
{banner_reklam}
Evinin ətrafını güddü
Bundan sonra Röya Həsən Əhmədovun ondan əl çəkmədiyini görüb və onu təqib etdiyinə görə Şabran rayon polis şöbəsinə şikayət edib. Ramella Allahverdiyeva isə Röyanı öz evində saxlayaraq onu müdafıə etməyə çalışıb.
Həmçinin oxu: MirŞahindən ŞOK video:Əri ola-ola yataqda özünü xariciyə satan qadın kimdir?+VİDEORöyanın onunla münasibət saxlamaqdan imtina etməsinə baxmayaraq Həsən Əhmədov dəfələrlə Ramella Allahverdiyeva və Röyanın yaşadıqları evin yaxınlığına gedib.
Əlbir olan cinayətkarlar
Orada onları güdüb və Ramella Allahverdiyevanın hər gün səhərlər Xaçmaz rayonu, Sərkərli kəndində işlədiyi çayxanaya getdiyini müəyyən edib.
Həsən Əhmədov şəxsiyyətini istintaqla müəyyən etmək mümkün olmayan şəxslə özünün əvvəldən ədavətli olduğu Ramella Allahverdiyevaya zorakılıq göstərib, quldurluq yolu ilə pul almaq, hədə-qorxu ilə pul tələb etmək, zorlamaq və ona qarşı seksual xarakterti zorakılıq hərəkətləri etmək barədə qabaqcadan əlbir olub.
Ağacların arxasında pusqu qurdular
Həsən Əhmədov və həmin şəxs iyulun 22-də, saat 09 radələrində idarə etdiyi “Vaz-21213” markalı avtomaşınla Xaçmaz-Quba avtomobil yolundan Xaçmaz rayonu, Yergüc kəndi ərazisində, Sərkərli kəndi istiqamətində ayrılan avtomobil yolunun bağların arasından keçən hissəsinə gəliblər. Orada Həsən Əhmədov əlbir olduğu şəxslə birlikdə ağacların arxasında gizlənib, gözləməyə başlayıblar.
Ramella Allahverdiyeva saat 10 radələrində Sərkərli kəndi istiqamətinə gedən həmin yolla tək piyada işlədiyi çayxanaya tərəf gedərkən Həsən Əhmədov və onunla olan şəxs qarşısını kəsiblər.
Qadını ağaclığa çəkdi və pul tələb etdi
Bu zaman Həsən Əhmədov Ramella Allahverdiyevanın saçından tutub, həmçinin özündə olan bıçağın dəstəyi ilə sinəsinə, təpiklə isə ayağına zərbələr endirib. Ona xəsarət yetirib.
Ramella Allahverdiyev ona müqavimət göstərib. Qadının müqavimət göstərdiyini görən Həsən Əhmədov onu öldürməklə hədələyib, müqavimət göstərməməsini bildirib.
Daha sonra Həsən Əhmədov Ramella Allahverdiyevanı yolun kənarındakı bağın ərazisinə aparıb, orada Röya Rəfiyevanın yerini soruşub.
O, Röya Rəfiyevanın anasına verdiyi pulların ödənilməsini Ramella Allahverdiyevadan tələb edib. Ramella pul ödəməkdən imtina edib və Röyanın olduğu yeri bilmədiyini deyib.
Qadını lüt soyundurub, xəsarət yetirdi
Bundan sonra Həsən Əhmədov Ramella Allahverdiyevanı soyundurub, onun şəklini çəkib, internetə verməklə biabır edəcəyini bildirib. Sonra isə qisas almaq, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə əvvəlcə ağac parçası ilə Ramella Allahverdiyevanın boynunun ardından, bıçağın dəstəyi ilə isə çiyinlərinə zərbələr endirib.
Daha sonra Ramella Allahverdiyevanı yerə yıxaraq tapşırığı ilə yanındakı əlbir olduğu şəxsin gətirdiyi kəmərə oxşar kauçuk əşya ilə əllərini arxadan ağaca bağlayıb, əynindəki paltarını zorla soyundurub.
Sonra Həsən Əhmədov lüt soyundurduğu Ramella Allahverdiyevanın sol çiyin nahiyəsinə yanan siqareti dəfələrlə basıb, sol çiyin qurşağında 3 ədəd qrup şəklində bir-birinə yaxın xəsarətlər yetirməklə ona işgəncə verib.
Əvvəl işgəncə verdi, sonra cinsi əlaqədə oldu
Daha sonra Həsən Əhmədov Ramella Allahverdiyevaya zor tətbiq etməklə, onunla cinsi əlaqədə olub. Cinsi əlaqədə olandan sonra o, Ramella Allahverdiyevaya seksual zorakılıq hərəkətləri edib.
Həmin hərəkətlərini başa çatdırdıqdan sonra isə yerdə köməksiz vəziyyətdə qalan Ramella Allahverdiyevanın çantasındakı 7 manat pulunu götürüb və şəxsiyyəti üzərində zor göstərəcəyi, haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib.
Həmçinin oxu: Qadın bədəninin bu nöqtələri KİŞİLƏRİ BİHUŞ EDİR: 40 saniyə bunu etsəniz...- VİDEO
Zorladı və hədələdi
Bu hədələrlə Həsən Əhmədov guya Röya Rəfiyevanın anasına verdiyi və sonuncunun kirayə tutulmuş evdən çıxarkən götürdüyü pulları üç gün ərzində gətirməsini tələb edib.
Ramella Allahverdiyeva baş verənlərdən və ona qarşı daha pis hərəkətlər törədə biləcəyindən qorxaraq deyilən müddətdə ona pul verəcəyinə söz verib, Sonra isə Həsən Əhmədov yanındakı naməlum şəxslə hadisə yerindən uzaqlaşıb.
Ramella Allahverdiyeva baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Məlumat əsasında Həsən Əhmədov həbs edilsə də, onun yanında cinayətin iştirakçısı olan şəxsin kimliyi müəyyən olunmayıb.
Həbs və 8 maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Həsən Əhmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
12 il cəza aldı, şikayət etdi, cəzasından 1 il çıxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Əhmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsən Əhmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində bu şikayətə baxılıb və qismən təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Qərara əsasən, Həsən Əhmədovun əməlindən Cinayət Məcəlləsinin 149.2.1 və 149.2.4-cü maddələri xaric edilib. O, Cinayət Məcəlləsinin 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib və onun barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Prokuror şikayət etdi, cəza ağırlaşdırıldı
Bu qərardan narazı qalan prokuror kasasiya şikayəti verib. O, kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən ağırlaşdırıcı halların müəyyən olunması üçün apelyasiya instansiyasına qaytarılmasını istəyib.
Prokurorun protestinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunub.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Sumqayıt Apelyasiya Məhkəməsində şikayət bu dəfə hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar açıqlayıb.
Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Həmçinin oxu: Kişilərin niyə iri sinəli qadınlardan xoşu gəlir? - 5 NƏZƏRİYYƏ Oxu24.com
ŞƏRHLƏR