Qaynar xətt:

(+99450) 247 90 86

20 Yanvar dairəsində avtomobil maneəyə çırpılıb, xəsarət alan var

2019-04/1556000595_645cbe5f0ba58a4.jpg

KRİMİNAL

766

23.04.2019, 10:23

  Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu24.com -un ONA-ya istinadən  məlumatına görə, hadisə 20 Yanvar dairəsi yaxınlığında baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Nurlan Balakişi oğlu idarə etdiyi “Kia” markalı avtomobillə dairədə dönmə əməliyyatı edən zaman avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Sürücü N.Hüseynov xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Hadisənin baş verdiyi əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu ehtimal edilir.