Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət! Burun əməliyyatından sonra qanı kəsə bilmədilər, komaya düşən qız öldü

2019-04/1555920941_guly.jpg

KRİMİNAL

1436

22.04.2019, 12:14

\"\"  Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.
Oxu24.com  xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb. G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.