Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtobusla maşın toqquşdu, 5 nəfər yaralandı - SON DƏQİQƏ!

2019-04/1555831742_qeza.jpg

KRİMİNAL

563

21.04.2019, 11:28

\"\"  Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Oxu24.com  \"Report\"a istinadla xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.