Qaynar xətt:

(+99450) 247 90 86

“Koroğlu”da körpüyə çıxıb özünü atacağını dedi- Video

“Koroğlu”da körpüyə çıxıb özünü atacağını dedi- Video

KRİMİNAL

282

07.11.2024, 10:55

Bakıda kişi asma körpüyə çıxaraq intihar niyyətini nümayiş etdirib.

Oxu24.com  xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - “Koroğlu” nəqliyyat qovşağında baş verib.

Naməlum şəxs körpünün asma hissəsinə çıxaraq özünü oradan atacağını bildirib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb: “Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o,  xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.