Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var

2019-04/1555775492_qeza-yol-nishani_1-1.jpg

KRİMİNAL

1032

20.04.2019, 19:50

\"\" Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb. Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn \"VAZ-2106\" ilə toqquşub. Qəza nəticəsində BMW-nin sürücüsü dünyasını dəyişib. Maşında Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.