Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12207
az

Tağı Əhmədov: "Məndən 3 milyon istədilər, Eldar Mahmudova zəng elədim..."

19:2320 Aprel, 2019
2896
KRİMİNAL
  • A
 
Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədovun 3 milyon manatını ələ keçirən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə verdiyi ifadəsi məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tağı Əhmədov bildirib ki, Bakı Metropolitenini rəisi vəzifəsindən azad olunduqdan sonra, 2014-cü ilin yaz aylarında əvvəldən tanıdığı Rəsul adlı MTN əməkdaşı ona zəng vurub, Hüseyn Cavid bağında görüşüblər: "Rəsul adlı MTN əməkdaşı Akif Çovdarovun məndən nazirliyə çoxsaylı şikayət ərizələrinin daxil olduğunu dedi. Bu şikayətlərin qarşısını almaq, mənim xeyrimə həll etmək üçün müəyyən məbləğdə pul istədiyini bildirdi. Ancaq konkret məbləğ söyləmədi. Rəsula heç kimə hər hansı məbləğdə pul verməyəcəyimi dedim”.

Tağı Əhmədovun sözlərinə görə, Akif Çovdarovun qanunsuz hərəkətləri barədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məlumat vermək məqsədilə onun iş telefonuna bir neçə dəfə zəng edib və köməkçisi Vüqar Mahmudovla danışıb:

"Özümü Vüqar Mahmudova təqdim etdim, nazirlə danışmaq istədiyimi dedim. Vüqar Mahmudov nazirin məşğul olduğunu söylədi. 5-6 dəfə zəng vurduqdan sonra Vüqar bildirdi ki, nazirlə danışmaq istədiyimi Eldar Mahmudova çatdırıb, nazir də bu məsələni Akif Çovdarova tapşırıb, məsələmi onunla həll etməli olduğumu söyləyib.

Bundan sonra Akif Çovdarovun məndən istədiyi puldan Eldar Mahmudovun da xəbəri olduğunu yəqin etdim”.

Tağı Əhmədov qeyd edib ki, bir neçə gün sonra MTN əməkdaşı Rəsulla yenə H.Cavid parkında görüşüb:


 "Rəsul Akif Çovdarovun həmin vaxt Xətai rayon Məhkəməsində hakim vəzifəsində işləyən oğlum Rauf Əhmədovu yanına çağırmaq istədiyini bildirdi. Həmin dövrdə bir sıra öyrədilmiş adamlar mətbuatda oğlum haqqında şər-böhtan yazırdılar.

Həmin yazıları Akif Çovdarovun mənə hədə-qorxu gəlmək üçün yazdırdığını düşündüm. Rəsuldan soruşdum ki, Akif Çovdarov oğlumu nə səbəbə nazirliyə çağırmaq istəyir. Rəsul bunun səbəbini bilmədiyini dedi. Yalnız söylədi ki, Akif Çovdarovun sözlərini mənə çatdırır, əlavə etdi ki, Çovdarov Rauf özü nazirliyə gəlməsə, başına torba keçirdərək gətizdirəcəyini bildirib. Ürək xəstəsi olan oğlumun səhhətindən narahat olduğum üçün Akif Çovdarovun məndən nə qədər pul istədiyini soruşdum. Rəsul Akif Çovdarovun 3-5 milyon manat arasında pul istədiyini dedi. Ona 3 milyon manat verə biləcəyimi söylədim.

Rəsuldan ayrıldıqdan sonra evimdə olan 44 illik əmək fəaliyyətim nəticəsində yığdığım həmin məbləğdə pulu düzəltdim. Rəsulla əlaqə saxladım, o da zəng edərək mənə məlumat verəcəyini dedi”.

Tağı Əhmədovun sözlərinə görə, bir müddət sonra Rəsul ona zəng vurub:

 "2014-cü ilin aprel ayının əvvəlləri idi. Rəsul pulu aprel ayının əvvəllərində, səhər tezdən 20 saylı orta məktəbin yaxınlığında, Müdafiə Nazirliyinin Ordu İdman Klubuna qarşı tərəfdə, Parlament prospektinə düşən küçədə, qara rəngli "CİP” markalı avtomaşında Akif Çovdarovun şəxsən özünə vermək lazım olduğunu dedi.

Akif Çovdarovla görüşmək istəmədiyimdən pulu qardaşım oğlu Əli Əhmədov və oğlum Ruslanın çatdıracağını Rəsula dedim. Akif Çovdarova vermək üçün hazırladığım 3 milyon manatın 1.200.000 ABŞ dolları, 1.500.000 avro, 300.000 isə manat əskinasda olub. Pulların hamısı birgə 3 milyona bərabər idi.

Rəsulla danışandan sonra həmin pulları oğlum Ruslana verdim. Kömək üçün qardaşım oğlu Əli Əhmədovu da çağırdım. Həmin pulları oğlum və qardaşım oğlunun necə qablaşdırmasından, nəyin içinə qoymalarından məlumatım yoxdur.

Əli və Ruslan qeyd olunan pulu aprelin 10-dan 12-nə kimi olan dövrdə, tarixin dəqiq xatırlamadığım zamanda Akif Çovdarova şəxsən veriblər. Pulu verəndən sonra Akif Çovdarov və digərləri ilə hər hansı bir əlaqəm, təmasım olmayıb”.

Tağı Əhmədov bildirib ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Rəsula zəng edib və Akif Çovdarovun ondan aldığı pulu qaytarmasını tələb edib:


"Rəsul sözlərimi çatdıracağını dedi. Bir müddət sonra cavab verdi ki, Akif Çovdarov heç bir pul görmədiyini, almadığını deyir.

2014-cü ilin aprelində 3 milyon manat pul verməzdən bir-iki gün əvvəl metronun "Koroğlu” stansiyasında işləyən ticarət işçilərindən Elşən adlı şəxsi və qardaşım oğlu Şövqünü Akif Çovdarovun işçiləri qanunsuz olaraq iş yerlərindən nazirliyə aparıb, orada onların hər ikisini döyüblər. İşə qarışandan sonra, yəni nazirin köməkçisi Vüqar Mahmudova zəng vurandan sonra onların hər ikisini buraxıblar.

Akif Çovdarovun belə təzyiqlərindən sonra 2014-cü ilin aprel ayında 3 milyon manatı Akif Çovdarova çatdırmışam. Yalnız bundan sonra Akif Çovdarov məndən və yaxınlarımdan əl çəkib”.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı